Quranı yandıran rahib bu dəfə silahlı aksiya keçirəcək
20 Aprel 2011 Çərşənbə 16:07
Terri Conson bir neçə tərafdarı ilə birgə ABŞ-ın ən böyük məscidinin qarşısında nümayiş keçirmək niyyətindədir
ABŞ-da müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimi yandıraraq bütün müsəlmanların sərt reaksiyasına səbəb olan rahib Terri Cons daha bir işə əl atmağa hazırlaşır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə floridalı "din adamı" ölkənin ən böyük məscidinin qarşısında nümayiş keçirmək niyyətindədir. O, aksiyanı aprelin 22-də, cümə günü Detroiddə müsəlmanların sıx yaşadığı Dearborndakı "Islamic Center of America"nın yaxınlığında keçirmək istəyir.
Onun bu planından xəbər tutan Vayne bölgə prokuroru Kim Vorti nümayişin qarşısının alınması üçün məhkəməyə müraciət edib. Prokuror aksiyanın çox yüksək zorakılıq riski daşıdğını bildirib.
Qeyd edək ki, T.Consun Qurani Kərimi yandırmasından sonra Əfqanıstanda baş verən qarşıdurmada aralarında 8 BMT əməkdaşı olmaqla, 20 nəfər ölmüşdü.
Prokurorun aksiyanın qarşısını almaq cəhdindən sonra "Reuters" agentliyinə açıqlama verən rahib məhkəmənin nə qərar verməsindən asılı olmayaraq, cümə günü məscid önündə nümayiş keçirməkdə israrlı olduğunu deyib.
O, nümayişə silahlı, öz kilsəsindən 1, Miçiqan ştatından olan 5-6 tərəfdarı ilə gələcəyini deyib: "40 kalibrli yarı avtomatik silahım və sənədim var. Bunları yanımda gətirəcəyəm. Heç bir qıcıqlandırıcı davranış nümayiş etdirməyəcəyik. Sülh üçün gəlirik".
DOSTLARINLA PAYLAŞ: