Hadisə

Qullitin oğlu atasının adını batırdı

Məşhur məşqçinin oğlu həbs edilib

· Xəbərçi
Qullitin oğlu atasının adını batırdı
Məşhur hollandiyalı futbol mütəxəssisi Ruud Qullitin 20 yaşlı oğlu həbs edilib. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, hazırda Rusiyanın “Terek” klubunun baş məşqçisi vəzifəsində çalışan Ruud Qulllitin oğlu İtaliyanın Lekko şəhərində narkotik maddə alveri ilə məşğul olduğu üçün saxlanılıb.

Qulllitin oğlu hazırda Lekko şəhər həbsxanasındadır. Həbs edilərkən gəncin evindən 260 qram həşiş və 80 qram marixuana da aşkar edilərək götürülüb.

Xatırladaq ki, həbs edilən gəncin atası Ruud Qullit bu ilin yanvar ayından “Terek” klubuna baş məşqçi təyin edilib. Bunadək o, “Çelsi”, “Nyukasl” və “Feyenord” kimi klubları çalışdırıb.



Şərhlər