Quldurluq edən Hacıqabul sakinləri həbs edilib
07 Dekabr 2009 Bazar Ertəsi 13:45
Hacıqabul rayonunda quldurluq edən şəxslər həbs edilib.
Bu barәdә APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, bu il noyabrın 12-də “VAZ 21015” markalı 15 BE 668 dövlət nömrə nişanlı avtomobili idarə edən taksi sürücüsü, Cəlilabad rayonu Suluçeşmə kənd sakini Muradov Cabir Qiyas oğluna qarşı soyuq silahla basqın edərək onu qarət ediblər. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, basqını Hacıqabul rayon sakinləri - 1989-cu il təvəllüdlü Rəcəbov Şahsuvar Nəbi oğlu və 1989-cu il təvəllüdlü Əsədov Seymur Nazim oğlu törədiblər. Məlum olub ki, onlar Hacıqabul rayonunun Nəvahi kəndinin ərazisində adı çəkilən sürücünün kürəyinə bıçağı dirəyərək telefonunu, gödəkcəsini, 90 manat pulunu, video-maqnitofonunu və monitoru, ümumilikdə 688 manatlıq əmlakını götürərək aradan çıxıblar. Hər iki şəxs həbs olunub. Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar