Qubanın Əlik kəndində torpaq sürüşməsi baş verib
26 Aprel 2011 Çərşənbə Axşamı 14:44
Son vaxtlar şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib.


Quba rayon İcra Hakimiyyətinin Əlik İnzibati Ərazi Vahidliyinin nümayəndəsi Mübariz Ağasiyevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub. 10-dan çox evdə qəzalı vəziyyət yaranıb. Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası yararsız hala düşüb. Sakinlər bildiriblər ki, sürüşmə ərazisi kəndin yuxarı hissəsindəki təpəlikdə baş verdiyinə görə sürüşmə çay tərəfə irəliləməyə başlayıb. Hazırda Quba Rayon Fövqəladə Hallar Komissiyasının Sədri Sahib Məmmədov və rayonun digər rəsmi nümayəndələri əraziyə baxış keçirirlər.
Qeyd edək ki, sözügedən ərazidə ötən il də sürüşmə hadisəsi baş vermişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar