Qubada ruhi xəstə arvadını baltalayıb
13 İyul 2009 Bazar Ertəsi 12:00
48 yaşlı Tanrıverdi Pirməmmədov polislərin suallarına «Robotlar gəldi, mən də öldürdüm» deyə cavab verib

 

Qubada ağır qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə iyulun 11-də gecə saat 04:00 radələrində Rustov ərazi vahidliyinin Xanəgah kəndində qeydə alınıb. Kənd sakini 48 yaşlı Tanrıverdi Pirməmmədov 34 yaşlı həyat yoldaşı Kifayət Sultanovanı balta ilə öldürüb. O, həyat yoldaşının əsasən başına zərbələr endirib və başını demək olar ki, tamamilə parçalayıb.

Təqsirləndirlən şəxsin atası oğlunun ruhi xəstə olduğunu və Quba ruhi əsəb dispanserində qeydiyyatda olduğunu bildirib. Onun sözlərinə görə, T.Pirməmmədov xəstəxanadan bir necə ay əvvəl çıxıb.

Quba rayon polis bölməsinin böyük müstəntiqi Rəşad Alıkişiyev T.Pirməmmədovun əvəllərdə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə məhkum edildiyini bildirib.

Saxlanılan şəxs polislərin bütün suallarını "robotlar gəldi. Mən də onu öldürdüm", deyə və gülməklə cavab verib.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120.1 maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb.

Qeyd edək ki, ailənin 5 yaşlı övladı qalıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar