Qubada qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
25 İyul 2009 Şənbə 11:35
Bu qətlə yetirilən Bəhram Tarverdiyevin analığının qardaşıdır

 

Ötən gecə Quba rayonunda baş vermiş ağır qətl hadisəsi ilə bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Quba rayon Prokurorluğunun böyük müstəntiqi Rəşad Alıkişiyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, bu Qubanın Zərquba kənd sakini 41 yaşlı Asəf Məhərrəm oğlu Məhərrəmovdur. Müstəntiq saxlanılan şəxsin qətlə yetirilən Bəhram Tarverdiyevin analığının qardaşı olduğunu qeyd edib.

Prokuror Nazim Hacıyev qətlə yetirilənlərin B.Tarverdiyevin evinə taxta qapıları sındıraraq girdiyini, mərhuma çoxsaylı balta zərbələri endirdiklərini bildirib.

Xatırladaq ki, Quba rayonu Vəlvələ kənd sakini 41 yaşlı Bəhram Baba oğlu Tarverdiyevin meyidi ötən gün səhər saatlarında evində tapılmışdı. Onun öldürülməsi barədə polisə məlumatı isə atası Baba Tarverdiyev verib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Aytəkin Alxaslı/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar