Qubada oğul anasını öldürdü
04 İyul 2011 Bazar Ertəsi 11:21
Nurulla Nurullayev öz anasına, 57 yaşlı Zabitə Nurullayevaya 9 bıçaq zərbəsi vurub.
Qubada ağır ailədaxili qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Azər Tağıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə Vladimirovka kəndində baş verib.

Aralarında yaranan mübahisə nəticəsində kənd sakini Nurulla Əhməd oğlu Nurullayev öz anasına, 57 yaşlı Zabitə Əlövsət qızı Nurullayevaya 9 bıçaq zərbəsi vuraraq onu ölümcül yaralayıb. Yaralı ana təcili olaraq rayon xəstəxanasına aparılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq qadın bu gün saat 08:00 radələrində dünyasını dəyişib.

Rayon prokurorunun köməkçisi Samir İsmayılovun ANS PPRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ana qatili olan oğul saxlanılıb.
Faktla bağlı əvvəlcə AR CM-nin 126-cı (Qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlansa da, sonradan 120.1-ci(Qəsdən adam öldürmə) maddəsinə tövsüf edilib. Araşdırma aparılır.
Hadisənin motivi barədə məlumat veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar