Hadisə

Qubada iki dükan birdən yanıb

İlin son yanğını Qubada baş verib. ANS PRESS-in şimal bürosunun məlumatına görə, dekabrın 31-də Quba şəhəri Fətəli xan küçəsi 90 ünvanda iki kiçik sahibkara məxsus dükanlar yanıb.

· Xəbərçi
Qubada iki dükan birdən yanıb
Yanğın ümumi ölçüsü 32 kvadrat metr olan ticarət sahəsinə zərər vurub. Dükan sahibi Sevinc Mustafayeva ANS PRESS-ə 20 kvadratmetr sahəsi olan dükanında heç nə götürə bilmədiyini və ümumi 6 min manatlıq malı yandığı söyləyib. Vüqar İbrahimovun dükanının sahəsi isə 12 kvadrat metr olub. Mağazalarda əsasən sənaye malları satılıb.

FHN Quba dövlət yanğından mühşafizə hissəsinin rəhbəri Əzizağa Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisənin baş vermə səbəbləri aydın deyil və hazırda bu məsələ araşdırılır.

Şərhlər