Hadisə

Qubada ər arvadını bıçaqlayıb

Hadisə qısqançlıq zəminində baş verib

· Xəbərçi
Qubada ər arvadını bıçaqlayıb

Qubada ər həyat yoldaşını bıçaqlayıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Qələduz kəndində qeydə alınıb. 34 yaşlı Cəlal Qənbər oğlu Vəliyev həmyaşıdı olan həyat yoldaşı Səadət Vəliyevanı bıçaqlayıb. Sol döş qəfəsinin yaraları ilə qadın Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müstəntiq Rəşad Alkişiyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə qısqançlıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən Cəlal Vəliyev artıq saxlanılıb. /ANS PRESS/

Şərhlər