Hadisə

Qubada baş verən yol qəzasında Çeçenistan vətəndaşı yaralanıb

Qubada baş verən yol qəzasında Çeçenistan vətəndaşı yaralanıb. Faktla bağlı araşdırma aparılır.

· Xəbərçi
Qubada baş verən yol qəzasında Çeçenistan vətəndaşı yaralanıb
Bakı-Quba yolunun 178-ci kilometrliyində Quba rayonunun Susay kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Rusiya Azərbaycan sərhədini keçərək Bakıya gələn Biləsuvar rayon sakini Qulam Ələkbərovun idarə etdiyi “Mercedes-Benz-280” markalı avtomaşın onunla eyni istiqamətdə hərəkət edən Ceyhun Mirzəyevin idarə etdiyi “Qazel” markalı yük avtomaşınını ötmək istəyərkən qəza törədib. Hadisə nəticəsində “Mercedes”də olan sərnişin Çeçenistan vətəndaşı Xuda Didiyeva müxtəlif xəsarətlərlə Quba rayon xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər