Quba-Qusar yolunda avtomobil aşıb-sürücü komaya düşüb
06 Dekabr 2009 Bazar 12:35
Ayaz Kərimova qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyulub
Ötən gün saat 19:45 radələrində Quba-Qusar yolunda "VAZ 2106" markalı avtomobil aşıb. Hadisə zamanı sürücü, Dağlı kənd sakini, 1984-cü il təvəllüdlü Ayaz Əfsərəddin oğlu Kərimov ağır yaralanıb.
Quba Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən A.Kərimov komadadır. Həkim Pərviz Məsimovun ANS PRESS-ə verdiyi məlumata görə, yaralıya qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Qeyd edək ki, qəza zamanı avtomobildə olan sürücünün qohumu Dağlı kənd sakini, 1983-cü il təvəllüdlü Mürsəl Sərxan oğlu Kərimov yüngül yaralanıb. O, göstərilən ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Quba rayon polis şöbəsinin təhqiqat qrupunun tədqiqatçısı Yaşar Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, qaranlıq havada qum təpələrinin üstünə çıxan avtomobil bir neçə də çevrilib.
Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: