Hadisə

Qoşa-Qala qapısının yanında qan tökülüb

Qoşa-Qala qapısının yanında qan tökülüb. 27 yaşlı Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlanıb.

· Xəbərçi
Qoşa-Qala qapısının yanında qan tökülüb
Bakıda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Səbail rayonu, Qoşa-Qala qapısının yaxınlığında Bakı şəhər sakini, 27 yaşlı Fərid Mahmudov bıçaq yarası diaqnozu ilə xəstəxanaya gətirilib.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən ilkin əməliyyat-axtarış tədbirləri aparılır. ANSPRESS

Şərhlər