Hadisə

Qonşu qonşusunu güllələdi

Həmkəndlisinə ov tüfəngi ilə atəş açan Nazim Mikayılov saxlanılıb.

· Xəbərçi
Qonşu qonşusunu güllələdi
Biləsuvarda qonşu qonşusunu güllələyib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Biləsuvar rayonunun Ovçubərə kəndində, kənd sakini Nazim Mikayılov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Səttar Həşimova xəsarət yetirib.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nazim Mikayılov tutulub. Axtarış zamanı ondan 1 ədəd tüfəng götürülüb.

Şərhlər