Qobustanda ömürlük həbs cəzası çəkən məhbus intihar etdi
25 Fevral 2012 Şənbə 12:36
53 yaşlı kişi 14 il həbsxanada qaldıqdan sonra intihar edib.
Fevralın 24-də Penitensiar Xidmətin Qobustan həbsxanasında intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, həbsxanada cəza çəkən 1959-cu il təvəllüdlü Eminov Qədir Qurbanəli oğlu özünü dəmir barmaqlıqdan asıb.

53 yaşlı Q.Eminov adyaldan ip düzəldib və dəmir barmaqlığa keçirərək özünü asıb. Onun meyitini məhbuslar aşkarlayıb və nəzarətçilərə xəbər veriblər.

Məlumata görə, Q.Eminov ömürlük həbs cəzasına məhkum edilibmiş. 1998-ci ildən həbsxanada olan Q.Eminov 14 il imiş ki, cəza çəkirmiş.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar