Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında ölüm hadisəsi baş verib. Bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumata verib.
Komitə sədri iyulun 14-də axşam saatlarında məhkum Neman Əhmədovun ürək tutmasından dünyasını dəyişdiyini deyib: “Son günlər havaların çox isti keçməsi məhkumun səhhətinə pis təsir göstərib. Görünür bunun nəticəsində o dünyasını dəyişib. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmalar başa çatandan sonra hadisə barədə daha ətraflı məlumat vermək mümkün olacaq”. ANSPRESS
Qobustan həbsxanasında məhkum dünyasını dəyişib
Hazırda məhkumun ölüm səbəbi dəqiqləşdirilir.




Şərhlər