Qobu sakini özünü yandıraraq öldürdü
    06 Dekabr 2010 Bazar Ertəsi 11:10
    Hadisə Abşeron rayonunda baş verib
    
                	 
    
         Abşeron rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dekabrın 3-də Qobu kəndində baş verib. 
 
 36 yaşlı Natiq Rafiq oğlu İsmayılov Əli Bayramov küçəsi, 89 ünvanında üzərinə benzin tökərək özünü yandırıb. O, dərhal 5 nömrəli xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. 
 
 Hadisənin nə səbəbdən baş verməsi Rayon Prokurorluğu tərəfindən araşdırılır. 
 
 N. İsmayılovun Neft Daşlarında neftçi işləyirmiş. 
 
 Faktla bağlı AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam edir.
DOSTLARINLA PAYLAŞ: