Qızıl mağazasının sahibinə silahlı hücum olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, basqın Lerik rayonunun Xəlifəküçə kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomaşında olan 3 naməlum şəxs, Lerik şəhərindəki qızıl mağazasının sahibi Məhləband kənd sakini Nazim Hüseynova hücum ediblər. Həmin şəxslər qızıl mağazasının sahibinin idarə etdiyi "VAZ-2106" markalı avtomaşını saxlayıb, tapança və bıçaqla onu hədələyərək, avtomaşındakı 10000 manat dəyərində qızıl əşyalarını, 600 manatını və mobil telefonunu ondan alıblar. Soyğunçular hadisə yerindən getdikdən sonra Lənkəran-Lerik yolunun 25-ci km-də avtomaşınlarını maneəyə vurduqlarından, onu tərk ediblər.
Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Orxan Qasımov, Amil Quliyev və Asim Cəfərov tutulmuş, onlardan silah qisimində istifadə etdikləri bıçaq və oyuncaq tapança götürülüb.
Qızıl mağazasının sahibinə hücum olub
Lerikdə 3 nəfər Nazim Hüseynovu oyuncaq tapança ilə hədələyərək ondan 10000 manatlıq qızıl əşyaları alıblar




Şərhlər