Qırmızı dənizdə qəzalı bərə batıb
07 Noyabr 2011 Bazar Ertəsi 20:04
Göyərtəsində noyaborın 3-də qəza baş vermiş "Pella" bərəsi bu gün səhər batıb.
ANS PRESS İordaniyanın "Petra" xəbər agentliyinə istinadən bildirir ki, İordaniyanın Akaba limanı yaxınlığında dərinliyi 750 metr olan beynəlxalq sularda batıb.
Hadisə Akabanın 18,5 kilometrliyində və Misirin Nuveyba liman şəhərinin yaxınlığında baş verib. Bərənin sahibi «Arab Bridge Maritime» şirkətinin baş direktoru bildirib ki, batmış bərə təhlükə törətmir və bu rayonda gəmiçilik üçün maneəçilik yaratmır.
Amma Misirin və İordaniyanın təbiəti mühafizə xidmətləri gəmi qəzasının ekoloji nəticələrindən ehtiyat edirlər. Çünki yanğın zamanı göyərtədə olan 85 ton yanacaq tam yanıb ki, bunun da 25 tonu dizel yanacağı olub.
"Pella" bərəsi qəza baş verən gün Akabadan Nuveybaya gedirmiş. Göyərtəsində 1200 sərnişin olub və onlardan yalnız 1-i həlak olub. Həlak olan iordaniyalı yanğın baş verən gəmidən özünü dənizə ataraq boğulub.
DOSTLARINLA PAYLAŞ: