Liviya lideri Müəmmər Qəddafinin daha bir oğlu NATO aviazərbələri nəticəsində ölüb. Bu barədə Qətərin "Aljazeera" telekanalı xəbər verir. Liviya üsyançılarına istinadən verilən məlumata görə, Qəddafinin ən kiçik oğlu, 28 yaşlı Xamis Qəddafi və daha 32 nəfər Zlitan şəhərində avia-zərbələrin qurbanı olub. Xamis Qəddafi Liviya ordusunda islahatlar aparmaq tərəfdarı kimi tanınırdı və son vaxtlar qoşunlardan birinə rəhbərlik edirdi.
Xatırladaq ki, mayın 1-də Müəmmər Qəddafinin oğullarından biri Seyf-əl-Ərəb və Qəddafinin 3 nəvəsi aviazərbələr nəticəsində ölmüşdü.
Qəddafinin daha bir oğlu öldürüldü
Xamis Qəddafi NATO aviazərbələri nəticəsində həlak olub




Şərhlər