Qəddafinin bir oğlu qaçıb, biri isə öldürülüb
23 Avqust 2011 Çərşənbə Axşamı 01:16
Bu gecə Liviya liderinin iqamətgahına hava hücumu planlaşdırılır
Liviya lideri Müammər Qəddafinin qiyamçılar tərəfindən tutulan böyük oğlu Məhəmməd ev dustaqlığından qaçıb. Qəddafiyə sadiq qüvvələr onun saxlandığı evi hücumla ələ keçiriblər. Liviya liderinin ikinci və kiçik oğlu Seyf əl İslam və Sədi müxalifətin əlindədir.

Bu arada isə “Əl Cəzirə” telekanalının məlumatına görə, Qəddafinin daha bir oğlu, atasının elit hərbi dəstəsinə rəhbərlik edən Xamis, eləcə də, Liviya kəşfiyyatının rəhbəri Abdulla əs-Senussi öldüyü güman edilir. Sonuncu son hadisələr zamanı Tripolidə xarici jurnalistlərə paytaxtdakı vəziyyət barədə məlumatlar verirdi. Tripolidəki bəzi mənbələr “Əl Cəzirə”yə əminliklə bildiriblər ki, paytaxtda tapılan iki cəsəd adı çəkilən şəxslərə aiddir.

Hazırda NATO və qiyamçı qüvvələr Müammər Qəddafinin yaxşı möhkəmləndirilmiş iqamətgahına hava zərbələri endirmək planını hazırlayırlar. Hücumun bu gecə həyata keçiriləcəyi istisna edilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar