Qəddafi yəhudidir?
24 Avqust 2011 Çərşənbə 13:13
75 yaşlı İsrail sakini iddia edir ki, Liviya lideri onun uzaq qohumudur
İsraildə yaşayan Qita Boaron iddia edir ki, Liviya lideri Müəmmar Qəddafinin uzaq qohumudur. O bildirib ki, hətta uşaq vaxtı Qəddafi ilə birlikdə oynayıblar.İsrail sakinin sözlərində görə, Liviya lideri uşaq vaxtı çox "yaxşı oğlan" olub.
75 yaşlı Boaron "İsrael-xa-Yom" qəzetinə müsahibəsində bildirib ki, o, sonuncu dəfə Qəddafini İsrailə getməmişdən əvvəl görüb, həmin vaxt Qəddafinin 13 yaşı olub.
Boaronun sözlərində görə, Qəddafinin nənəsi onun nənəsinin bacasıdır. Onun nənəsi mənim atamın nənəsidir. Həmin qadın yəhüdi idi, sonradan müsəlman oldu və yerli şeyxlərdən birinə ərə gedib. Onun uşaqları olmuşdu, Qəddafi isə onun nəvəsidir. Ona görə də, Qəddafini yəhüdi hesab etmək olar. Çünki onun anası yəhudi qadının övladıdır.
Qita Boaron etiraf edir ki, Qəddafi "həmişə yəhüdiləri sevib və onlara heç bir pisliyi dəyməyib".
Qeyd edək ki, Liviyaya 42 il rəhbərlik edən Müəmmər Qəddafi bəzi mənbələrə görə 1940-ci ildə Liviyada, Tripolitanidə doğulub. Amma o özü 1942-ci ildə Siirt yaxınlığındakı bədəvi çadırında doğulduğunu deyir.
DOSTLARINLA PAYLAŞ: