Hadisə

Qəddafi xalqa müraciət etdi

“Mənim bir yolum var - ölüm və ya qələbə”

· Xəbərçi
Qəddafi xalqa müraciət etdi
Liviya lideri Müəmmar Qəddafi bu gecə xalqa müraciət edib. Müraciəti yerli radiostansiyalardan biri yayımlayıb. Qəddafi bəyan edib ki, Bab əl-Əziziyədəki bunkerdən çıxması yalnız taktiki manevr olub.

“NATO-nun 64 hava hücumu nəticəsində bunkeri yerlə bir etmişdilər”, - Liviya lideri bildirib. Onun sözlərinə görə, təcavuzə qarşı yalnız bir yolu var: ölüm və ya qələbə.

Şərhlər