Liviyanın hökumət qüvvələri Misrata şəhərini bombalamağa davam edir. Şəhərə bir neçə raket atılıb. Partlayış səsləri eşidilib. Üç nəfərin öldüyü, 10-dək adamın yaralandığı xəbər verilir. Şəhərdən çıxarılmağı gözləyən qaçqınlar raket hədəfinə tuş gəlib.
Müəmmr Qəddafinin qüvvələri ölkənin qərbində bir neçə yaşayış məntəqəsini mühasirəyə alıb. Zlitan və Əbu Ruveyə şəhərləri mühasirədədir. Şəhərə içməli su, ərzaq və digər ləvazimatların çatdırıldığı liman Misratadan 12 kilometr şərqdə yerləşir.
Qəddafi qüvvələri Misrata şəhərinə yenidən hücum edib
Ölən və yaralananlar var




Şərhlər