Qəbələ RLS-də rusiyalı mayor qətl yetirilib
    06 Yanvar 2011 Cümə Axşamı 12:50
    Radiolokasiya Stansiyasında xidmət edən Rusiya zabiti hərbçi yoldaşı tərəfindən öldürülüb
    
                	 
    
         Azərbaycanın Qəbələ Radiolokasiya Stansiyasında (RLS) qətl törədilib. Bu barədə Qəbələ rayon Polis Şöbəsindən bildirilib. Hadisə yanvarın 2-də qeydə alınıb. Qəbələ RLS-də xidmət edən, Rusiya zabiti, 47 yaşlı mayor Sergey Mixayloviç Qraçov hərbçi yoldaşı tərəfindən qətlə yetirilib. Hadisəni törədən hərbçinin adı açıqlanmır.
 
 Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
DOSTLARINLA PAYLAŞ: