Qəbələ Qızıl Balıqartırma Zavodunu sel basıb
25 İyun 2010 Cümə 14:45
Qəbələ Qızıl Balıqartırma Zavodunu sel basıb. Gecə rayondan keçən Mirzəbyli kəndində daşqın olub.
Ötən gün ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində Qəbələ rayonu Mirzəbəyli kəndində daşqın olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, daşqın Mirzəbəyli çayının kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Nəticədə, bir neçə fərdi yaşayış evini su basıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin evlərdən sakinləri təxliyyə edib, iri və xırdabuynuzlu heyvanlar xilas edilib, həmçinin, xüsüsi texnika vasitəsilə çaydan axının qarşısını alınıb.

Sel nəticəsində Qəbələ rayonunda yerləşən Qızılbalıq artırma zavodunu da sel basıb. Bu barədə məlumatı ANS PRESS-ə zavodun direktoru Oqtay Məmmədov verib. Onun sözlərinə görə, gecə saat 02:00 radələrində rayona gələn sel nəticəsində Çuxur Qəbələ kəndindəki zavod sel suları içərisində qalıb. Direktor hazırda zavodun işçilərinin özlərinin zavodda təmizləmə işləri aparmağa cəhd etdiyini bildirib.

Qeyd edədk ki, adıçəkilən zavodda Xəzər dənizində qızıl balıq ehtiyatını artırmaq üçün balıqlar yetişdirilir. İl ərzində zavod dənizə 59 min balıq buraxır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar