Qazaxda gənc qız iki kişini güllələdi: 1 ölü, 1 yaralı
06 Mart 2012 Çərşənbə Axşamı 10:43
Hadisə kafedə baş verib.
Ötən gün Qazax rayonunda dəhşətli hadisə baş verib. Hüquq-mühafizə orqanlarından lent.az-a verilən məlumata görə, saat 22 radələrində Qazax rayon Mərkəzi Xəstəxanasına odlu silahla xəsarət alan 2 gənc oğlan gətirilib. Onlardan 26 yaşlı Fariz Osmanov xəstəxanaya daxil olan kimi keçinib. Digər güllə yarası almış 26 yaşlı Tural Nəsibov isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hadisə kafedə baş verib. Adları qeyd olunan şəxslər kafedə yeyib-içiblər və orada olan qıza sataşıblar. Həmin qız isə kafedən çıxıb, az sonra isə əlində tüfəng geri qayıdıb. O hər iki şəxsi güllələyib.

Qeyd edək ki, faktla əlaqədar Qazax rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar