"QAZ-3110" piyadanı vurub öldürdü
    17 Dekabr 2010 Cümə 16:15
    Hadisə Lənkəran şəhərində baş verib
    
                	 
    
         Lənkəranda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə dekabrın 16-da saat 20.30 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində baş verib. 
 
 Viyən kənd sakini Rza Şükürov idarə etdiyi "QAZ-3110" markalı avtomaşınla Elçin Vəliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Vəliyev orada ölüb. 
 
 Faktla bağlı Lənkəran polisi tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: