Qaynar su ilə dolu çuxura düşən azərbaycanlı öldü
08 Fevral 2011 Çərşənbə Axşamı 03:55
Azərbaycan vətəndaşı 15 gün xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb
Sankt-Peterburqda öz mavtomobili ilə qaynar su ilə dolu çuxura düşən azərbaycanlı Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib. Məlumatı “İnterfaks” agentliyinə Peterburq üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Sergey Kapitonov verib.

Hadisə yanvarın 24-də baş verib. Peterburqun şimal-qərbində qaynar su borusu partlayıb. Qaynar suyun yola axması nəticəsində asfalt çöküb. Azərbaycanlının idarə etdiyi “Ford” avtomobili isə yolda yaranan və içi qaynar su ilə dolu çuxura düşüb. Sürücü şok vəziyyətində xəstəxanaya çatdırılıb. O, təxminən 15 gün xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar