Qayıqla Kürü keçmək istəyən şəxs suda boğuldu
Kürdəmir sakininin meyiti sudan çıxarılıb.
Yanvarın 10-da Kürdəmir rayonunun Şüşün kənd sakini Cəlal Alıyev qayıqla Kür çayını keçərkən suya düşərək boğulub. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. C.Alıyevin meyiti sudan çıxarılıb.




Şərhlər