Qayınata 29 yaşlı kürəkənini öldürdü
14 Dekabr 2010 Çərşənbə Axşamı 11:15
Samir Mirağa oğlu Məmmədovun meyiti küçədən tapılıb
Bu gün səhər saatlarında Bakıda qətl hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, saat 5 radələrində Sarayeva küçəsi 18 ünvanında meyit tapılıb. Meyitin xarici müayinəsi zamanı məlum olub ki, onun üzərində ölümünə səbəb olan bıçaq yaraları var.
Məlum olub ki, qətlə yetirilən həmin ünvanda 114 saylı mənzildə kirayə qalan 29 yaşlı Samir Mirağa oğlu Məmmədovdur.
Rayon polis İdarəsindən ANS PRESS-ə bildirilib ki, ilkin məlumata görə, mərhumu qətlə yetirən onun qayınatası olub. Hazırda onun tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
DOSTLARINLA PAYLAŞ: