Qayınana 2 ay əvvəl gəlin gətirdiyi qızın meyitini tapdı
05 Sentyabr 2011 Bazar Ertəsi 12:35
Goranboyda evə, toy səsi unudulmamış, vay düşdü...
Goranboy rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, iki ayın gəlini özünü asıb.
Hadisə Zeynəkənd kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Nərgiz Quliyeva yaşadığı evin yataq otağında özünü iplə asıb. Mərhumun meyiti qayınanası tərəfindən aşkarlanıb.
Nərgiz 2 ay əvvəl toyla ər evinə gəlin gəlibmiş. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Onun ərinin rayon ərazisində fəhləliklə məşğul olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: