Qax rayonunda ölümlə nəticələnən avtoqəza olub. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 4-də saat 12.00 radələrində Qax rayonunun Yeni İlisu qəsəbəsində baş verib.
Qıpçaq kənd sakini Xəqani Vəliyev idarə etdiyi "UAZ" markalı avtomaşını aşırıb. Nəticədə xəsarət almış X.Vəliyev və sərnişini, Qıpçaq kənd sakini Nazim Xəlilov xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq N.Xəlilov orada ölüb.
Qax RPŞ tərəfindən araşdırma aparılır.
Qaxda "UAZ" aşıb: ölən və yaralanan var
Hadisə rayonun Yeni İlisu kəndində baş verib




Şərhlər