Qax rayon prokurorunun köməkçisi yol qəzasında ölüb
25 May 2009 Bazar Ertəsi 18:55
Qax rayon prokurorunun köməkçisi Şəki rayonunda baş verən yol qəzasında ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə bu gün saat 18.00 radələrində qeydə alınıb. Qax rayon prokurorunun köməkçisi Həsənov Əhməd Yusif oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VB 665 dövlət nömrə nişanlı avtomobil Şəki rayonu Cuma kəndi ərazisində “KamAZ” markalı maşınla toqquşub. Nəticədə Ə. Həsənov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar