Amerika Birləşmiş Ştatlarının Oreqon ştatındakı qatar stansiyaarından birində bir qadın ölüm təhlükəsi ilə qarşılaşıb. Stansiyada qatar gözləyən qadın qəfildən müvazinətini itirərək, relslərin üstünə düşüb. Ətrafda olanların verdiyi işarə ilə maşınist stansiyaya daxil olan qatarı dayandırmağa müvəffəq olur. Maşınistin peşəkarlıqla atdığı bu addım isə baş verə biləcək faciənin qarşısını alır. Qadın xəstəxanaya yerləşdirilib, qatarın maşinisti isə Oreqon ştatında qəhrəman kimi qarşılanıb.
Qatarın altına düşən qadın sağ qaldı
Hadisə Amerika Birləşmiş Ştatlarının Oreqon ştatındakı qatar stansiyaarından birində baş verib




Şərhlər