Hadisə

Qatar relsində ailə faciəsi

Qatarın altında qalan motosikl sürücüsü və onun dünyayan gəlməməiş 8 aylıq körpəsi ölüb

· Xəbərçi
Qatar relsində ailə faciəsi
Türkiyənin Adana vilayətində motosiklla dəmir yolundan keçməyə çalışan ailə qatarın altında qalıb. Qəza nəticəsində sürücü 25 yaşlı Mahir Kor hadisə yerində keçinib, onun 22 yaşlı həyat yoldaşı isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb. Qeyd edək ki, 8 aylıq hamilə olan Gülay Korun bətnində olan körpənin həyatını xilas etmək mümkün olmayıb. Vəziyyəti ağır olan qadına həkimlər cərrahi müdaxilə etsələr də onun həyati təhlükəsi davam edir.

Qəzadan sonra qatar relsində oturaq aksiya keçirmək istəyən yerli sakinlərə isə polis izn verməyib. Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam edir.

Şərhlər