Qasırğa Nyu-Yorka yaxınlaşır
28 Avqust 2011 Bazar 03:14
Şəhər meri təhlükəli rayonlarda yaşayanları dərhal evlərini tərk etməyə çağırdı
“Ayrin” qasırğasının Nyu-Yorka ABŞ-ın şərq sahilinin vaxtı ilə saat 21.00-da (Bakı vaxtı ilə saat 07.00) çatacağı gözlənilir. Bir neçə saatdan sonra qasırğa güdlənə bilər. Bunu canlı yayımda Nyu-York meri Maykl Blumberq bildirib.
“Əgər siz hələ getməmisinizsə, məcburi evakuasiya ilə bağlı əmrə tabe olmalı və indi getməlisiniz. Təcili surətdə!”, - mer birbaşa efirdən daha təhlükəli ərazilərdə yaşayan vətəndaşlara müraiciət edib.
Maykl Blumberq ingilis dilində eitdiyi müraciəti ispan dilində də təkrarlayıb. Çünki evakuasiyanın nəzərdə tutulduğu ərazilərdə əslən Latın Amerikasından olanlar daha çox yaşayır.
Nyu-York meri xəbərdarlıq edib ki, okeana yaxın ərazilərdə yaşayanlar evlərini tərk etməsələr, işıqsız qala və son anda qaçmaq şansından məhrum ola bilər. Çünki çoxmərtəbəli binalarda liftlər də işləməyəcək. “Bu şəraitdə pis zamanda pis yerdə qalmaq faciə ilə nəticələnə bilər. Biz insanların həlak olmasını istəmirik”.
Mer məlumat verib ki, evakuasiya olunanlar üçün 78 sığınacaq hazırlanıb və onların əksəriyyətində boş yerlər var. Nyu-York 50 minə yaxın müvəqqəti qaçqını qəbul edə bilər. Metro bağlansa da, köçürülən ərazilərdə pulsuz avtobuslar işləyir. Meqapolisin rayonlarını birləşdirən körpülər fərdi avtomobillər üçün bağlana bilər.
DOSTLARINLA PAYLAŞ: