Qasırğa azərbaycanlıların sıx yaşadığı Nyu-Cersi ştatına çatıb
28 Avqust 2011 Bazar 11:34
Tomris Azəri: "İndi burada çox güclü yağış yağır"
Amerikanı cənginə alan “Ayrin” qasırğası nəticəsində hələ ki, bu ölkədə yaşayan azərbaycanlılara heç bir ziyan dəyməyib. Bunu Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri deyib. Onun sözlərinə görə, qasırğa hazırda azərbaycanlıların sıx yaşadığı Nyu-Cersi ştatına da çatıb.

“Bizdən bir az uzaqdır, amma sahilləri vurub. Onsuz da oraları boşaltmışdılar. İnsanları köçürmüşdülər. İndi burada, Nyu-Cersinin içərilərində çox güclü yağış yağır. Mən dünən burada yaşayan bir çox azərbaycanlılara zəng vurdum, hamısı yaxşıdır. Heç birinə zərər dəyməyib”, - deyə Tomris Azəri bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar