Hadisə

Qarpızdan kütləvi zəhərlənmə olub

Masallı rayonunda qarpızdan kütləvi zəhərlənmə olub.

· Xəbərçi
Qarpızdan kütləvi zəhərlənmə olub
Masallı rayonunun Qəriblər kəndində qarpızdan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, kənd sakini Rövşən Məmmədovun evində qızı Gülşən, qohumları Lerik rayon sakinləri, Əliyar Fətullayev, Aysel Yoldaşova, Amil Məmmədov, Nail və Aqil qarpızdan zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, zəhərlənənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. ANSPRESS

Şərhlər