Hadisə

Qardaşını qətlə yetirən şəxsə hökm oxunub

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını qətlə yetirən Qəbələ rayon sakininə hökm oxunub.

· Xəbərçi
Qardaşını qətlə yetirən şəxsə hökm oxunub
APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Qəbələ rayonu Vəndam qəsəbə sakini Elnur Qərib oğlu Kərimovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə E. Kərimov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2009-cu ilin oktyabrında E. Kərimov münaqişə zəminində qardaşı Seymur Kərimovu bıçaqlayıb. Nəticədə S. Kərimov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində E. Kərimov tutulub.

E. Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. ANSPRESS

Şərhlər