Hadisə

Qardaşıgilə qonaq getdi, evi yanıb külə döndü

Yanğın hadisəsi Lənkəranda baş verib

· Xəbərçi
Qardaşıgilə qonaq getdi, evi yanıb külə döndü
Lənkəran rayon sakini Ədalət Əliyevin ailə üzvləri ilə birgə yaxınlıqda yaşayan qardaşıgılə qonaq getməsi onlara baha başa gəlib. Ailənin rayonun dağlıq ərazisində yerləşən Təngivan kəndindəki yaşayış evi içərisindəki əşyaları ilə yanıb. Hadisə ötən gün axşam saatlarında baş verib. Yanğınsöndürənlər çağırışa vaxtında çatsa da, evin yanına maşın yolu olmadığından yanğınsöndürən maşınlar hadisə yerinə yaxınlaşa bilməyib.

Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi, Saleh Ağayev bildirib ki, yol olmadığından yanğın yerinə ayaqla hərəkət ediblər. Onun sözlərinə görə, 2 otaq və mətbəxdən ibarət ümumi sahəsi 50 kvadratmetr olan yaşayış evi tamamilə yanaraq külə dönüb. Yaxınlıqdakı yeni tikilmiş yaşayış evi isə yanğından mühafizə olunub.

Hadisənin nə səbəbdən baş verməsi hələlik bilinmir.

Şərhlər