Hadisə

Qardaş qardaşı öldürdü

Hadisə ailə münaqişəsi zəminində olub

· Xəbərçi
Qardaş qardaşı öldürdü
Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ayın 6-na keçən gecə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 58 yaşlı Əbülfəz Zairov içkili halda 45 yaşlı qardaşı Elman Zairovla mübahisə etməyə başlayıb. Nəticədə böyük qardaş bıçaqla Elmanın döş nahiyəsindən vuraraq qətlə yetirib.
Hər iki qardaşın işsiz və ailəli olduğu bildirilir. Ə. Zairov saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Şərhlər