Mayın 27-də saat 8 radələrində Bakıda Şərifzadə küçəsində yaşayan 1982-ci il təvəllüdlü Yeganə Adəm qızı Səmədovanın evindən noutbuk, mobil telefon, ona məxsus «Hundai» markalı 50-BT-767 dövlət nömrə nişanlı maşından 100 manat və 800 ABŞ dolları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən ANSPRESS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticjəsində oğurluqda şübhəli bilinən, Y.Səmədovanın ögey qardaşı, 1988-ci il təvəllüdlü Pərvin Nurəddin oğlu Məmmədov həmin gün Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. /ANS PRESS/