Hadisə

Qarajın divarını söküb evi talayanlar tutuldu

Pirşağı sakininin evindən 4000 manat və qızıl-zinət əşyaları oğurlanıb.

· Xəbərçi
Qarajın divarını söküb evi talayanlar tutuldu
Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib. Bakı Şəhər baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Pirşağı qəsəbəsində yaşayan Zibəndə Rzayevanın həyətində yerləşən qarajdan divarı sökmə yolu ilə mənzilə keçməklə 4000 manat və qızıl-zinət əşyaları oğurlanıb. Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Tağıyev, Maqsud Qəhrəmanov və Ülvi Əsədov yanvarın 10-da tutulub.

Şərhlər