Hadisə

Qaradağda "Prado" qəzaya uğradı

Hadisə Bakı-Qazax yolunda baş verib

· Xəbərçi
Qaradağda "Prado" qəzaya uğradı
Bakı-Qazax yolunda sürücünün ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün səhər saat 07.00 radələrində Bakı-Qazax yolunun 25.5-ci kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb.

Sahil qəsəbə sakini, 26 yaşlı Nadir Adil oğlu Şükürov "Toyota Prado" markalı avtomobillə hərəkət edərkən iadəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb, maşında sıxılmış vəziyyətdə qalan sürücü yanaraq ölüb.

İlkin məlumata görə, hadisəyə maşının yüksək sürətlə idarə olunması səbəb olub.

Faktla bağlı avtotexniki ekspertiza təyin olunub. Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər