Hadisə

Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi

Bir nəfər ölüb

· Xəbərçi
Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi
Bakıda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə aprelin 10-da saat 13.15 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb

Quba rayon sakini Xalidşah Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı və Bərdə rayon sakini Pərvin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə X.Mahmudov hadisə yerində ölüb.

Faktla bağlı Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər