Hadisə

Qaradağ rayonunda piyada maşınla vurulub

Hadisədən sonra yaralı qəzanı törədən sürücü tərəfindən eyni avtomobillə xəstəxanaya çatdırılıb

· Xəbərçi
Qaradağ rayonunda piyada maşınla vurulub
Qaradağ rayonunda da piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Qaradağ-Lökbatan yolunda baş verib. Məlumata görə, 21 yaşlı piyada Məmmədov Şəhruz Şakir oğlu “Mercedes-Benz” markalı avtomaşının zərbəsinə məruz qalıb. Hadisədən sonra yaralı qəzanı törədən sürücü tərəfindən eyni avtomobillə xəstəxanaya çatdırılıb. Həkimlər Şəhruz Məmmədova müvafiq tibbi yardım göstərərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. Faktla bağlı Qaradağ rayon polis idarəsində araşdırmalar aparılır.

Şərhlər