Qaradağ rayonunda 4 yaşlı qızı uşağını avtomobil vurub. Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 14-də sat 16.30 radələrində Bakı-Qazax yolunun 35-ci kilometrliyində “Mercedes” markalı mikroavtobus rayon sakini 4 yaşlı Fatma Bayramovanı vurub. Avtomobil uşağı vurduqdan sonra təxminən 200 metr kənarda aşıb.
Ağır xəsarətlə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilən F. Bayramovanın vəziyyəti ağırdır. O, başından, bədənin müxtəlif nahiyələrindən aldığı sınıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirib.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsində təhqiqat araşdırması aparılır.
Anar Məmmədov /ANS PRESS/