Hadisə

Qarabağ kanalından zabit meyiti tapılıb

Baş leytenant rütbəsində olan zabitin kimliyi araşdırılır.

· Xəbərçi
Qarabağ kanalından zabit meyiti tapılıb
Qarabağ kanalının Bərdədən keçən hissəsindən meyit tapılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Mirzalıbəyli kəndi yaxınlığından aşkarlanan kişi meyitinin əynində Azərbaycan Ordusunun zabitinə məxsus hərbi geyim olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, meyit Kərəm Məhərrəm oğlu Tanıyevə məxsusdur. Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə zəruri istintaq hərəkətləri aparılır.

Baş leytenant rütbəsində olan zabitin geyiminin üzərində qulluq etdiyi hərbi hissənin nömrəsi əks olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə bildirilib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, avqustun 20-də axşam saatlarında Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə xidmət edən baş leytenant Kərəm Tanıyev Yuxarı Qarabağ kanalının şəhər ərazisindən keçən hissəsində əl-üzünü yuyarkən suya yıxılıb və boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir. ANSPRESS

Şərhlər