Hadisə

Qara “07” piyadanı vuraraq hadisə yerindən qaçdı

Hazırda maşın və sahibi axtarışdadır

· Xəbərçi
Qara “07” piyadanı vuraraq hadisə yerindən qaçdı
Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün saat 10.00 radələrində rayonun H.Əliyev prospektində qeydə alınıb.

90-HO-682 dövlət nömrə nişanlı qara rəngdə olan “VAZ-2107” markalı maşın metronun “Əzizbəyov” stansiyasına doğru hərəkət edərkən yolu keçmək istəyən 21 yaşlı Cəlilabad rayon sakini Əbdülhəsənov Niyazi Rəhim oğlunu vurub. Şahidlərin sözlərinə görə, təyin olunan sürət həddindən (60) artıq hərəkət edən “07” piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb.

Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə bildiriblər ki, yaralı orta-ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə əməliyyat qrupu göndərilib, sürücünün təyin olunaraq məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalara başlanılıb.

Şərhlər