Hadisə

Qaldırıcı kranın trosu qırıldı: 1 ölü

Hadisə Türkiyənin paytaxtı Ankarada baş verib

· Xəbərçi
Qaldırıcı kranın trosu qırıldı: 1 ölü
Türkiyədə qaldırıcı kranda baş vermiş qəza fəhlənin ölümü ilə nəticələnib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, hadisə paytaxt Ankaranın Çankaya rayonunda baş verib. Qəza yük avtomobilinə tikinti dəmirləri yükləndiyi vaxt qaldırıcı kranın trosunun qırılması nəticəsində baş verib. Qırılan trosdan düşən dəmir yığının altında qalan fəhlə həyatını itirib. Baş vermiş qəza ilə bağlı istintaq başlayıb.

Şərhlər